0

Böyük tarİxİmİz

1918-ci il may ayının 28-də müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyəti eyni zamanda müsəlman şərqində ilk parlamentli respublika olmuşdur. 1920-ci il aprelin 28-də SSRİ-nin tərkibinə müttəfiq respublika statusunda daxil olsa da, əslində müstəmləkə olan Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini bərpa etmişdir.

 

SSRİ dağıldıqdan sonra Ermənistan Azərbaycana qarşı ərazi iddiası irəli sürərək, başladığı geniş miqyaslı hərbi əməliyyatları nəticəsində Azərbaycanın 17 min kvadrat kilometrdən çox (20 faiz) torpağını  işğal etmişdur. 1993-cü ildə ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi regionda vəziyyəti kökündən dəyişdi, nəinki Azərbaycan, bütöv bir xalq məhv olmaq təhlükəsindən qurtuldu. Ulu öndər o dövrdə həyatını təhlükəyə atmaqla, ölümündən çəkinməyərək qardaş qırğınının, vətəndaş müharibəsinin qarşısını almağa nail oldu. Ümummilli lider həmin illərdə Azərbaycanı yalnız parçalanmaqdan, dövlət çevrilişlərindən, özbaşınalıqlardan xilas etmədi, həm də xalqımıza yeni, firavan, ildən-ilə gözəlləşən bir həyat, müstəqil Azərbaycanı bəxş etdi.

 

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətində əldə edilən hər bir uğur ulu öndər Heydər Əliyevin zəkasının təcəssümü, onun irsən qoyub getdiyi milli tərəqqi ideyalarının təzahürüdür. İlham Əliyevin 2003-cü ildə prezidentlik fəaliyyətinə başlaması Azərbaycanın tərəqqi və inkişaf yolu ilə irəliləməsində yeni mərhələ olmuşdur. Məhz o vaxtdan başlayaraq respublikada demokratikləşmə prosesləri genişlənmiş, ölkəmizin dünyaya transformasiya proseslərinə inteqrasiyası daha intensiv xarakter almış, milli iqtisadiyyatın inkişafı üçün mühüm sosial-siyasi baza yaranmışdır. Heydər Əliyevin siyasət məktəbinin layiqli yetirməsi olan İlham Əliyevin böyük siyasətdə atdığı inamlı addımlar sayəsində Azərbaycanda təkcə sosial-iqtisadi sistemdə deyil, həm də siyasi və ictimai təsisatlarda əsaslı yeniləşmələr olmuş, səmərəli intensiv islahatlar aparılmışdır.



 

Gallery Image 1Gallery Image 2Gallery Image 3Gallery Image 4

Təqdimatımız

Bu gün Odlar yurdu Azərbaycanın məşhur və sevilən suyu olan “Sirab”a istər ölkə daxilində, istərsə də ölkə hüdudlarından kənarda bu qədər  tələbatın olması məhz onun keyfiyyəti ilə bağlıdır. Hansı ki, “Sirab” ASC-nin də başlıca amalı insanların, xüsusilə də uşaqların təmiz, keyfiyyətli su ilə təmin edilməsi üçün əlindən gələni etməkdir. Təbii ki, bu yerdə oxucuda haqlı olaraq “Sirab”ın necə emal edilməsi ilə bağlı maraq oyana bilər ki, bu oxucunu süfrələrin bəzəyi olan “Sirab”ın istehsalı ilə mümkün qədər yaxındantanışetməkdir.

“Sirab”ın mənbəyi onun istehsal edildiyi zavoddan təqribən3 kmaralıda, dəniz səviyyəsindən 1258 metr yüksəklikdə olan dağlarin arasinda, təpələrin ardında, Kəlbəağıl vadisində yerləşir....İndi sizlərə suyun hazırlanmasını qısa şəkildə izah etmək istəyirik… Su həmin mənbədən pas atmayan  boru vasitəsilə zavoda daxil olur...Burada su 4-8 dərəcə soyudulduqdan sonra  istehsal üçün sexlərə verilir. Bu sexlərdə su qablaşdırılmazdan əvvəl bir süzgəclərdən süzülərək, ultra-bənövşəyi şüalar adlanan qurğudan keçir. Bu, suyun tərkibində hər hansı mərhələdə yarana biləcək bakteriyaların məhvini təmin edir və bununla da mineral suyun hazırlanması başa çatır.

Bir sözlə, “Sirab” insanların təhlükəsiz qidalanması, uşaqların sağlam gələcəyi naminə su sahəsində üzərinə düşən vəzifəni  artıqlaması ilə yerinə yetirməkdədir. Bu səbəbdəndir ki, günü-gündən “Sirab”a olan diqqət  artır, dünyanın müxtəlif ölkələri bu suyu ixrac etmək üçün maraq göstərirlər. Çünki, onun “hər damlasında həyat var!”

Qaynağımız

Naxçıvan şəhərinin 14.6 km şimal - şərqində, Sirab kəndi ərazisində, hündür dağların qoynuyda, Kəlbəağıl vadisində 250 metr dərinlikdən bir bulaq qaynayır. Bu – qızıl ehtiyatları, daş-duz yataqları və bulaqları ilə zəngin Naxçıvan torpağının möcüzələrindən biri olan "Sirab"dır. Qədim Naxçıvan torpağının bu misilsiz sərvətlərindən insanlar neçə-neçə əsrlərdir ki istifadə edirlər.

Təbii mineral suyun əsas komponentləri və onların konsentrasiyası, Mg/l

Element / Mürəkkəb

Miqdarı

Maqnezium

37.9-56.9

Kalsium

214-320

Natrium

112-168

Kalium

5.90-8.86

Sulfat

146-218

Hidrokarbonat

852-1278

Xlorid

23.3-35.0

CO2

117-350

 

Təbii mineral suyun əsas maddələri, kimyəvi tərkibi, EQ %

 

Element / Mürəkkəb

Miqdarı

Maqnezium

16.72

Kalsium

56.54

Natrium

25.78

Kalium

0.95

Sulfat

17.18

Hidrokarbonat

79.10

Xlorid

3.72

Nailiyyətlər

Dünya standartlarına cavab verə biləcək yüksək keyfiyyətli məhsul istehsal etməyimiz "Sirab" mineral suyunun bir çox xarici ölkələrdə yüksək nailiyyətlər qazanmağına səbəb oldu. Belə ki, "Sirab" ASC 2005-ci ilin may ayında İsveçrənin Cenevre şəhərində "Biznesdə Yüksək Keyfiyyətə görə" Qızıl medalına layiq görülüb. Əməyimizin belə yüksək qiymətləndirilməsi bizi daha yeni uğurlara ruhlandırır.

Belə ki, 2009-cu ildə Ukraynanın Kiyev şəhərində keçirilən "Qida məhsulları və içkilərin XII forumu"nda Qızıl medal, 2010-cu ildə Moskva şəhərində keçirilən XVII Beynəlxalq "PRODEKSPO 2010" sərgisində Gümüş medal, 2011-ci ildə Moskva şəhərində keçirilən XVIII Beynəlxalq "PRODEKSPO-2011"sərgisində Qızıl medal və 2011-ci ilin 1-4 noyabr tarixində Qazaxıstanın Alma-Ata şəhərində keçirilən XIV Beynəlxalq Mərkəzi Asiya "Yeyinti sənayesi" sərgisində "Sirab"mineral suyu Qızıl medala layiq görülmüşdür.Bu da bizim gələcək uğurlarımızın təməlidir.

 

    

İxracat

Bu gün süfrələrimiz bəzəyi olan "Sirab" mineral suyunun sorağı dünyanın bir sıra ölkələrindən gəlir. Minerallarla zəngin "Sirab" suyunun Azəbaycanla yanaşı Rusiya, İran, Qazaxıstan, Türkmənistan və Ukrayna bazarında özunə məxsus yeri var. Digər ölkələrdə "Sirab" suyunun ixracı yolunda məqsədyönlü siyasət aparılır. Belə ki, 2012-ci ildə "Sirab " mineral suyunun Avropa bazarına çıxması üçün çox ciddi işlər görülmüş və buna nail olunmuşdur. Artiq "Sirab" mineral suyu beynelxalg standartlarina cavab vererek Avropa sertifikati alarak,litvanyaya respublikasina ihracat yaparak avropa yolunda ilk addimini atmisdir…

SAĞLAMLIQ ÜÇÜN

Mİneral su nədİr?

Mİneral su nədİr?

Mineral sular, insan bədəninin ehtiyac duyduğu mineralları ehtiva edən təbii sudur, odur ki, bu su insanın maye qəbulunda əsas yer tutur.

Təbii mineral su, bir və ya çox qaynaqdan yer üzünə çıxan, mineral məzmunu dəyişməyən, hər cür çirklənmə riskinə qarşı qorunmuş və hər hansı bir kimyəvi əməliyyat görməyən yeraltı sulardır. Mineral suları digər sulardan ayıran ən əhəmiyyətli xüsusiyyət mənbəyindən əldə edildiyi anda spesifik miqdarda mineral ehtiva etməsidir. Mineral məzmunu 50mg / l-dən az olan sular “Çox aşağı mineral”, 500 mg / l -dən az olan sular  “Aşağı mineral” və 1500 mg / l-dən çox olan sular “Zəngin mineral” olaraq xarakterizə edilir. Mineralın miqdarı 250 mq / l-dən çox olan sulara “Mədən Suyu” adı verilir.

 

Sudakı mineralların xüsusiyyətləri:

Suda olan mineralların sağlamlığa faydalı təsiri saymaqla bitməyəcək qədər çoxdur. Sudakı mineralların sağlamlığımız üçün çox əhəmiyyətli olduğunu ifadə edən və bu mövzu üzərinə araşdırmalar aparan İstanbul Universiteti Tibb Fakültəsnin Müəllimi, Tibbi və Hidroklimatoloji Fundamental elmlər sahəsində tədqiqatçı və Beynəlxalq Hidroklimatoloji Dərnəyin Başçısı Prof. Dr. M. Ağıllı Karagülle, pH dəyəri yüksək təbii mineral suların tərkibindəki minerallar haqqında əhəmiyyətli məlumatlar verir.

 

Nİyə su İçməlİyİk

Nİyə su İçməlİyİk

Sağlamlıq üçün, artıq çəkidən xilas olmaq üçün, gözəl bədən quruluşuna sahib olmaq üçün mütəmadi su içməliyik. Bəs su bizim üçün nədən bu qədər əhəmiyyətlidir?

Su bədən quruluşumuzu və həyatımızı sağlam bir şəkildə davam etdirə bilməyimiz üçün çox böyük həyati əhəmiyyətə malikdir. Çünki insan bədəninin 2/3-i sudan ibarətdir  və bədənimizin bir çox əhəmiyyətli funksiyasını su yerinə yetirir. İnsanların suya olan ehtiyacları da fərqlidir. Gündəlik olaraq orta hesabla 2-2,5 litr su  qəbul etmək  kifayət olsa da, lakin insanların çəkisi artdıqca suya olan ehtiyacları da artdığından, çəkisi yüksək olan insanların  suya olan  ehtiyacları 4-5 litrə qədər arta bilər. Kifayət qədər su içib-içmədiyinizi sidiyin rəngindən bilmək olar. Sidiyin rəngi tünddürsə, bu, suyun kifayət qədər içilmədiyinə, açıq rəngdə olduqda isə suyun kifayət qədər içildiyinə dəlalət edir. Digər bir göstərici də gündə 7-8 dəfə sidiyə çıxıb- çıxmadığınızdır. Əgər daha az sidiyə çıxırsınızsa, deməli içdiyiniz su orqanizminiz üçün kifayət deyildir.

Suyu az içdikdə qan axıcılığını itirir və qatılaşır. Odur ki, əgər bədəndə  su çatışmazlığı varsa, qan normadan çox laxtalanır və bu da orqanlara çox az miqdarda oksigen və qida maddəsi çatdırılmasına səbəb olur. Bunun nəticəsində də yorğunluq, halsızlıq, enerji azlığı, səhərlər oyana bilməmək kimi problemlər ortaya çıxır. Suyun bədəndəki bir digər funksiyası da bəzi vitamin, mineral və qida elementlərinin həzminə kömək etməsidir. Xüsusilə B qrupu vitaminlər və C vitamini ən önəmlilərindəndir.  Kifayət qədər su içən insanların dərisi daha elastik  olur, dəri yaxşı  nəmləndiyi üçün qırışların qarşısı alınır,  yəni qocalma ləngiyir.

Bunları bİlİrsİnİzmİ

Bunları bİlİrsİnİzmİ

Təbii Qaynaq Suyu və Təbii mineral suyu arasındakı fərq nədir?

Təbii mineral sular ilə təbii qaynaq suları arasındakı fərq, təbii mineral suların mineral tərkibinin il boyunca (mövsümi dəyişmələrdə təbii dalğalanmalar xaricində) sabit qalaraq, dəyişməməsidir. Təbii qaynaq sularında belə bir daimilik yoxdur. Ayrıca, təbii mineral sular qaynağına bağlı olaraq qazlı və ya qazsız ola bilər. Bundan başqa seçimə görə, qaynağından çıxarıldıqdan sonra da karbon dioksid ilə zənginləşdirilərək qazlı hala gətirilə bilər.

Təbii qaynaq / mineral suyu və emal edilmiş içməli su  arasındakı fərq nədir?

Təbii qaynaq / mineral suları emal edilmir, emal edilmiş içmə suları adından da aydın olduğu kimi fərqli əməliyyatlardan keçirilir.

 

Su Ehtiyacını digər içkilərlə aradan qaldırmaq mümkündürmü?

Su ehtiyacımızı ödəyəcəyimizi  düşünərək  içilən qəhvə, çay, kola kimi içkilər, sidik çökdürücü maddələr ehtiva etdiklərindən bunlar, içildikdə orqanizmdən ifraz olunan sidiyin miqdarının artmasına və bədəndən su itkisinə səbəb olurlar. Odur ki,  suyun yerini başqa heç bir içki tuta bilməz.

 

RƏYLƏR

Şirkətimizə və məhsullarımıza aid rəy və fikirlərinizi aşağıdakı form vasitəsi ilə saytımızın qonaq dəftərinə yaza bilərsiniz.

QONAQ DƏFTƏRİ

ƏLAQƏ

ZAVOD

AZ 6721 Azərbaycan, Naxçıvan MR, Babək rayonu, Sirab kəndi

Telefon:
+(994-136) 541-81-13
+(994-136) 554-01-61

e-mail:info@sirab.com

BAKI OFİSİ

AZ 6721 Azərbaycan, Bakı ş., Heydər Əliyev pr. 106a

Telefon:
+(994-12) 567-33-44

QAYNAR XƏTT

Telefon:
*8585